Yuxarı

Azərbaycan velosiped idmanında "Tokio-2020"yə 40 lisenziya xalı qazanıb

Azərbaycan velosiped idmanında "Tokio-2020"yə 40 lisenziya xalı

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Qara Dəniz Turu”na yekun vurulub. 

"Report"un məlumatına görə, Azərbaycan velosipedçiləri sonuncu - 3-cü mərhələdə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ölkənin lisenziya xallarını artırıblar.

İlk 2 mərhələdə müvafiq olaraq 2-ci və 3-cü olan Samir Cəbrayılov bu dəfə 170 km məsafəni 3 saat 45 dəqiqə 55 saniyəyə keçən 10 nəfərlik qrupun içində yer alıb və fotofinişə əsasən 4-cü olub. 

Cəbrayılov bu nəticədən sonra təsnifatda 2-ci yeri tutub. İdmançı bununla da ölkə reytinqinə "Tokio-2020" üçün daha 30 lisenziya xalı qazandırıb.

Velosipedçi 1-ci və 2-ci mərhələlərdə ölkə reytinqinə müvafiq olaraq 3 və 1 xal da əlavə edib.

Milli komandanın digər üzvü Elçin Əsədov isə “Qara Dəniz Turu”nu ümumi təsnifatda 10-cu yerdə başa vurmaqla ölkə reytinqinə daha 3 xall əlavə edib.

Qeyd edək ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış - “Tour of Mesopotamia”da da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanıb. Bununla da Azərbaycan bu vaxta qədər velosiped idmanında "Tokio-2020"yə 40 lisenziya xalı qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi