Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan yığması XV Yay Paralimpiya Oyunlarında 10-cu medalını qazanıb.
"Report" xəbər verir ki, üzgüçü Dmitri Saleh finalda 50 metrə sərbəst növündə 24.29 nəticə göstərərək gümüş medala sahıb çıxıb.
Digər idmançımız Raman Saleh 50 metrə sərbəst növündə 24.45 nəticə göstərərək yarışı 4-cü yerdə bitirib.
Hazırda Azərbaycan yığma komandasının aktivində 1 qızıl, 7 gümüş və 2 bürünc medal var.
Yarışlara bu gün yekun vurulacaq.