Azərbaycan Universiadada 5-ci medalını qazanıb

Azərbaycan Universiadada 5-ci medalını qazanıb İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında Azərbaycan 5-ci medalını qazanıb.
Fərdi
12 İyul , 2019 20:26
Azərbaycan Universiadada 5-ci medalını qazanıb

İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında Azərbaycan 5-ci medalını qazanıb.

"Report"un məlumatına görə, taekvandoçu Patimat Abakarova bürünc medala sahib olub.

53 kq çəki dərəcəsində mübarizə aparan Abakarova Çin (18:0), Rusiya (11:5) və Almaniyadan (5:2) olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Lakin finala gedən yolda Cənubi Koreya təmsilçisi onun üçün keçilməz olub - 0:1.

Qeyd edək ki, daha əvvəl atlet Nazim Babayev 3 təkanla tullanma, idman gimnastı Marina Nekrasova dayaqla tullanma hərəkətində qızıl, cüdoçu Hidayət Heydərov (73 kq) fərdi mübarizədə gümüş, komandanın özü isə bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi