Azərbaycan taekvondoçuları Türkiyədə 9 medal qazanıblar

Azərbaycan taekvondoçuları Türkiyədə 9 medal qazanıblar 3 idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
7 Fevral , 2017 17:03
Azərbaycan taekvondoçuları Türkiyədə 9 medal qazanıblar

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində klublararası Avropa çempionatına start verilib. 

"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycan idmançıları 9 medal qazanıblar.

"Gilan" klubunun təmsilçilərindən Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Riyad Şirəliyev (37 kq, "Qafqaz") və İlkin Fərzəlizadə (57 kq, "Gilan") finalda uduzaraq, gümüş medal qazanıblar. 

Qitə çempionatına qatılan digər taekvondoçulardan Nihad Əlizadə (33 kq, "Gilan"), Ofeliya Allahverdiyeva (41 kq, "Gilan"), İlkin Dünyamalıyev (45 kq, 2 saylı "Gömrükçü") və Elsevər İsmayılzadə (+65 kq, "Gilan") yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.

Qeyd edək ki, klublararası Avropa çempionatına fevralın 9-da yekun vurulacaq. Fevralın 11-də isə beynəlxalq “Turkish Open” turniri başlayacaq. Dörd gün davam edəcək turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət Azərbaycan yığma komandaları geniş heyətlə qatılacaq. 

Son xəbərlər

Orphus sistemi