Yuxarı

Azərbaycan taekvondoçuları Qran-pridə 1 qızıl, 1 bürünc medal qazanıblar

​Azərbaycan taekvondoçuları Qran-pridə 1 qızıl, 1 bürünc medal qazanıb

Yaponiyanın Çiba şəhərində keçirilmiş Qran-pridə Azərbaycan taekvondoçuları iki medal qazanıblar.

"Report"un məlumatına görə, G4 kateqoriyalı yarışın son günü 80 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani qızıl medala sahib olub.

Harçeqani ardıcıl olaraq, fransalı İsmail Suhili, ispaniyalı Daniel Barreranı və italiyalı Simone Allesionu yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetə qarşı döyüşdən də qalib ayrılan əslən iranlı legioner həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da yenib.

Daha əvvəl Radik İsayev (80 kq) yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.

Yaponiya Qran-prisində Azərbaycanı ümumilikdə 8 taekvondoçu təmsil edib. Növbəti Qran-pri 18 - 20 oktyabrda Bolqarıstanın paytaxtı Sofiyada, final mərhələsi isə 6-7 dekabrda Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi