Azərbaycan Su İdman Növləri Federasiyasına yeni təyinat olub

Azərbaycan Su İdman Növləri Federasiyasına yeni təyinat olub ASİNF-in İcraiyyə Komitəsinin iclası keçirilib
Fərdi
15 Oktyabr , 2015 10:54
Azərbaycan Su İdman Növləri Federasiyasına yeni təyinat olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) İcrayyə Komitəsinin iclası keçirilib. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda fəaliyyət planları və görüləcək işlər müzakirə olunub. 

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov ASİNF-in yeni vitse-prezidenti seçilib. 

Sonra iclasın gündəliyinə uyğun olaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq planları, görüləcək işlər, qarşıda duran vacib məsələlər müzakirə olunub. Federasiyanın nəzdində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib. 

Sonda ASİNF-in 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənilib və müzakirə olunub. Ümumilikdə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilib.

Son xəbərlər

Orphus sistemi