Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib Bakı. 19 oktyabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə dünya çempionatında sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.
Fərdi
19 Oktyabr , 2018 19:14
Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə dünya çempionatında sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 4 çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan idmançılarının da rəqibləri bəlli olub. Yığmanın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. 

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda təşkil olunacaq. Sərbəst güləşçilər 20 – 23, qadınlar 22 – 25 oktyabrda yarışacaqlar. Yunan-Roma növündə isə yarışlar 25 – 28 oktyabrda keçiriləcək. 

Qarşılaşmalar hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək.

61 kq

Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)

74 kq

1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)

86 kq

1/16 final - Murad Süleymanov - Quma Bəşir (SUD)

125 kq

Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (GER)

Son xəbərlər

Orphus sistemi