Cənubi Koreyanın Cxoncu şəhərində sambo üzrə dünya çempionatı start götürüb.
"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçisi Emil Həsənov da medal qazana bilib. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala sahib olub.
Qeyd edək ki, sambo qeyri-olimpiya idman növü olsa da, 2018-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən müvəqqəti tanınıb. Cənubi Koreyadakı mundiala noyabrın 10-da yekun vurulacaq.