"Formula 1": Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı

"Formula 1": Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı Formula-1 üzrə daha 3 Qran-pri koronavirusa pandemiyasına görə baş tutmayacaq.
Fərdi
19 Mart , 2020 19:23
Formula 1: Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı
0 : 00
0 : 00

"Formula-1" üzrə daha 3 Qran-pri koronavirusa pandemiyasına görə baş tutmayacaq.

"Report"un məlumatına görə, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) Qran-priləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Mövsümə ən yaxşı halda Azərbaycanda start veriləcəyi qeyd olunub.

Azərbaycan Qran-prisi 5 -7 iyunda təşkil olunmalıdır.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi