“Formula 1”: Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb.
Fərdi
15 Aprel , 2019 16:33
“Formula 1”: Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb
Report

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb.

“Report”un məlumatına görə, bukmeykerlər yarışın favoriti qismində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonla İtaliya “Ferrari”sindən Sebastyan Fetteli görürlər. Hər iki sürücünün qələbə əmsalı 2,875-dir.

“Mercedes”dən Valtteri Bottas və ya “Ferrari”dən Şarl Leklerə qoyuluş edənlər öz pullarının 4 mislini əldə edə bilərlər. 2017-ci ildə Bakıda baş tutmuş yarışda rəqiblərini qabaqlayan Daniel Rikkardonun qalibiyyət əmsalı isə həddindən artıq böyükdür – 501. Buna səbəb avstraliyalı pilotun Avstriya “Red Bull”unu nisbətən zəif bolidə sahib Fransa “Renault”una dəyişməsidir.

Ümumilikdə, 12 pilotun qələbə əmsalı 1000 olaraq təyin edilib.

Pilotların qələbə əmsalları

Lüis Hemilton (“Mercedes”) – 2,875

Sebastyan Fettel (“Ferrari”) – 2,875

Valtteri Bottas (“Mercedes”) – 4

Şarl Lekler (“Ferrari”) – 4

Maks Ferstappen (“Red Bull”) – 26

Pyer Qasli (“Red Bull”) - 101

Daniel Rikkardo (“Renault”) – 501

Niko Hülkenberq (“Renault”) – 501

Kimi Raykkonen (“Sauber”) – 1000

Kevin Maqnussen (“Haas”) – 1000

Roman Qrojan (“Haas”) – 1000

Karlos Sayns (“McLaren”) – 1000

Daniil Kvyat (“Toro Rosso”) – 1000

Aleksandr Albon (“Toro Rosso”) – 1000

Lando Norris (“McLaren”) – 1000

Serxio Peres (“Racing Point”) – 1000

Lens Stroll (“Racing Point”) – 1000

Antonio Covinatsi (“Sauber”) – 1000

Corc Rassell (“Williams”) – 1000

Robert Kubitsa (“Williams”) – 1000

Qeyd edək ki, bukmeykerlər Lüis Hemiltonu mövsümün aşkar favoriti hesab edirlər. Britaniyalı beşqat dünya çempionunun qələbə əmsalı 1,80-dir. Şarl Leklerdə bu göstərici 4,00, Sebastyan Fetteldə 4,33, Valtteri Bottasda isə 13,00 olaraq təyin olunub.

Azərbaycanda 4-cü dəfə təşkil olunacaq “Formula 1” yarışında əvvəlcə “Mercedes”in almaniyalı pilotu Niko Rosberq qalib gəlib. Ardınca isə Daniel Rikkardo və Lüis Hemilton rəqiblərini qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi