Azərbaycan pilotları gələcəkdə "Formula 1"də iştirak edə bilərlər

Azərbaycan pilotları gələcəkdə "Formula 1"də iştirak edə bilərlər Bakı. 5 fevral. REPORT.AZ/ Gələcəkdə Azərbaycan pilotlarının da Formula 1də iştirak etmələri mümkündür.
Fərdi
5 Fevral , 2019 12:55
Azərbaycan pilotları gələcəkdə Formula 1də iştirak edə bilərlər
Gənclər və idman naziri Azad Rəhimov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 5 fevral. REPORT.AZ/ "Gələcəkdə Azərbaycan pilotlarının da "Formula 1"də iştirak etmələri mümkündür".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimindən sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Bakıda idmançıların yetişməsi üçün katrinq fəaliyət göstərir: "Həmçinin Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə işlər aparır. Ola bilər ki, kimsə xaricdə məşq edir. Hazırda "Formula 1" səviyyəsində pilotumuz yoxdur".

Son xəbərlər

Orphus sistemi