Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb

Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb.
Fərdi
12 Noyabr , 2019 10:01
Azərbaycan Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına 7-ci lisenziyasını qazanıb.

"Report" xəbər verir ki, buna paralimpiya çempionu Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatı nail olub. O, mundialın 5-ci günündə F56 kateqoriyasında lövhə atma yarışında  41.58 metrlik nəticə göstərib. 4-cü yerə çıxan Musayev "Tokio-2020"yə lisenziya əldə edib. 

Beləliklə, "Tokio-2020"yə lisenziya qazanan Azərbaycan idmançılarının sayı 7-yə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi