Azərbaycan millisinin sabiq baş məşqçisi: "Avarçəkənimiz Mingəçevir toplanşından sonra Avropa çempionu oldu"

Azərbaycan millisinin sabiq baş məşqçisi: "Avarçəkənimiz Mingəçevir toplanşından sonra Avropa çempionu oldu" Rusiya və Almaniya yığmaları "Prezident Kuboku"na hazırlaşırlar
Fərdi
9 Mart , 2018 17:04
Azərbaycan millisinin sabiq baş məşqçisi: Avarçəkənimiz Mingəçevir toplanşından sonra Avropa çempionu oldu
Report

Mingəçevir. 9 mart. REPORT.AZ/ Xeyli vaxtdır oğlan və qızlardan ibarət 30 nəfərlik Rusiya millisi və Almaniyanın Leypsiq vilayətinin akademik avarçəkənlərdən ibarət komandası “Kür” Olimpiya Tədris-İdman Mərkəzində hazırlıq keçir. 

Rusiyalı idmançılarla yanaşı, hazırda Almaniyanın Leyptsiq vilayətinin avarçəkmə komandası da Mingəçevirdə təlim toplanışındadır. Hər iki komanda 23 - 25 martda keçiriləcək sayca 12-ci ənənəvi beynəlxalq “Prezident Kuboku” reqatasında iştirak edəcək. 

Təlimlərin gedişi və qarşıdan gələn yarışlara hazırlıqlarla bağlı “Report”un Şirvan bürosuna açıqlama verən akademik avarçəkmə üzrə gənclərdən ibarət Rusiya millisinin rəisi İvan Kostyuxin ilk dəfə olduğu Mingəçevirin onda çox müsbət təəssürat oyatdığını söyləyib: “Gəncə və Mingəçevir şəhərləri ilə ilk tanışlıq məndə ən xoş təəssüratlara yol açdı. Gözəllik, təmizlik, abadlıq, arxiterktura və qonaqpərvərlik diqqətəlayiqdir. Səfərimiz təlim xarakteri daşıdığından, təbii ki, ilk növbədə, yerli təlim-məşq bazası, iqlim şəraiti və digər məsələlər daha çox diqqəti cəlb edir. Bu mənada Mingəçevir öz bazası ilə ideal məkandır. İllərdir ki, Rusiya milliləri bu bazada ən mötəbər yarışlara hazırlaşır. Hər dəfə buradan yollandığımız beynəlxalq yarışlarda uğurlu nəticələrə nail oluruq. Sakit təbiətli Kür çayı, əlverişli iqlim şəraiti və dünya standartlarına cavab verən təlim bazası komandamıza Mingəçevirdə mötəbər yarışlara hazırlıq üçün ideal şans yaradır".

İ.Kostyuxinin sözlərinə görə, toplanışda Rusiyanın Avropa çempionları və dünya birinciliyinin mükafatçıları da iştirak edir. O, təlimdən sonrakı ilk sınaqları sayılan "Prezident Kuboku" reqatasının idmançılar üçün hərtərəfli sınaq xarakteri daşıyacağını vurğulayıb: "Yarış ab-havası, mübarizə əzmi, qalibiyyət sevincinin nə demək olduğunu hiss etməklə yeni mötəbər yarışlara hazırlıq səviyyəmiz nəzərdən keçiriləcək. O ki qaldı reqatanın özünə, hesab edirəm ki, yarış gərgin mübarizə şəraitində keçəcək. Çünki martın 13-də əsas millimiz də “Kür”ə toplanışa gəlir və onlar da reqatada iştirak edəcəklər".

“Prezident Kuboku”nun almaniyalı avarçəkənlər üçün də gərgin keçəcəyi şübhə doğurmur. Leyptsiq komandasının təcrübəli baş məşqçısı, 2008 - 2015-ci illərdə Azərbaycan millisinə rəhbərlik etmiş Rüdiger Hauffe bu qənaətdədir: “Heyətimiz gənclərdən ibarət olsa da, idmançılarımız arasında Avropa və dünya birinciliklərinin qalib və mükafatçıları yer alır. Amma elə idmançılar da var ki, “Prezident Kuboku” onlar üçün ilk ciddi sınaq kimi yadda qalacaq. Bu mənada hesab edirəm ki, yarışda ciddi rəqabət müşahidə olunacaq".

R.Hauffe bazanın imkanlarını yüksək qiymətləndirib: “Mən Azərbaycanda çalışdığım üçün buranın təbiətinə, idman bazalarına və onların perspektivlərinə yaxşı bələdəm. Tam əminliklə deyirəm ki, “Kür” Olimpiya Tədris İdman Mərkəzi dünyanın ən cəlbedici bazalarından biridir. Bu səbəbdən, artıq 3-cü ildir hazırlıq üçün, ilk növbədə, Mingəçevirə gəlməyi üstün tuturuq. Maraqlısı odur ki, burada mövcud olan şərait, iqlim və əlverişli çay imkanları hər dəfə növbəti naliyyətimizə təkan verir. Elə ötən il oduğu kimi. Bir idmançımız Mingəçevir toplanşından dərhal sonra Avropa çempionu, digər imançılarımız dünya birnciliyinin mükafatçısı oldu. Hazırda 9 idmançı ilə təlimlərimiz davam edir. Reqatanın ertəsi günü 20 günlük təlimlərimiz yekunlaşır. Bundan sonra apreldə Almaniyada avarçəkənlərimizi təsnifat yarışları gözləyir. İnanıram ki, bu toplanış növbəti dəfə komandamız üçün düşərli olacaq".

Mərkəzin direktoru və Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov "Prezident Kuboku"nun yüksək səviyyədə keçirilməsi üçün bütün lazımı hazırlıqların görüldüyünü vurğulayıb: “Reqatada Azərbaycan, Rusiya, Almaniya, Gürcüstan və böyük ehtimalla, İran idmançıları iştirak edəcəklər. İdmançılar akademik avarşəkmə üzrə 1500 - 2000 metr, kayak və kanoe yarışlarında isə 200 metr, 500 metr və 1000 metrlik məsafələri qət etməli olacaqlar. Əminəm ki, hər birimiz maraqlı və gərgin idman mübarizəsinin şahidi olacağıq”. 

Son xəbərlər

Orphus sistemi