Yuxarı

Azərbaycan millisinin dünya çempionatına baş məşqçisiz getməsinin səbəbi açıqlanıb - EKSKLÜZİV

Azərbaycan millisinin dünya çempionatına baş məşqçisiz getməsinin səbəbi açıqlanıb - EKSKLÜZİV

Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Saypulla Absaidovun gəlməməsinin səbəbini açıqlayıb.

N.Əliyev "Report"un yarışa ezam olunmuş əməkdaşına dağıstanlı mütəxəssisin tutduğu vəzifədən istefa vermədiyini bildirib.

"Onun bura gəlməməsi başqa səbəbdəndir. Heç bir istefa söhbəti yoxdur" deyən federasiya rəhbəri sərbəst güləşçilərin şəxsi məşqçiləri ilə gəlmələrini məqsədəuyğun saydılarını vurğulayıb: "Müəyyən idmançılarımız şəxsi məşqçilərlə hazırlaşırlar. Xüsusən də Dağıstan Respublikasından olan idmançılar. Bu halda onlar özlərini daha komfort hiss edirlər. Belə məsləhət oldu ki, onlar öz məşqçiləri ilə çalışmaqda davam etsinlər. Ona görə də belə formatda gəlmişik. Burada bir problem görmürəm".

N.Əliyev dağıstanlı baş məşqçi üçün dünya çempionatına biletin sifariş olunmasına dair fikirlərə isə belə münasibət bildirib: "Bilet çox adama alına bilər. Akreditasiyadan isə bir ay öncədən keçmək lazımdır. İdmançı öz psixoloji durumunun pozulmaması üçün öz şəxsi məşqçisi ilə hazırlaşmaq istəyir. Bu cür amillər də var. Dünya çempionatını yola verək, daha sona bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik".

Qeyd edək ki, sərbəst güləş millisi dünya çempionatında köməkçi-məşqçilər Arif Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi