Yuxarı

Azərbaycan klubunun velosipedçisi Türkiyədə keçirilmiş beynəlxalq turnirdə 3-cü yeri tutub

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanın “Synergy Baku” komandasının üzvü Aleksandr Polivoda Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Cartier” yarışında üçüncü yeri tutub.

Bu barədə "Report"a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib. Dörd mərhələdən ibarət “Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan “Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb. 31 yaşlı idmançı 4 mərhələnin yekununa əsasən, qalibdən 16 saniyə geri qalıb.

Bu nəticə Polivodaya 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə o, 5-ci olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi