Azərbaycan idmançısı ağır atletika üzrə Avropa birinciliyinin qalibi olub

Azərbaycan idmançısı ağır atletika üzrə Avropa birinciliyinin qalibi olub Bakı. 20 oktyabr. REPORT.AZ/ Ağır Atletika üzrə Azərbaycan yığma komandasının üzvü Məhəmməd Məmmədli Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb.
Fərdi
20 Oktyabr , 2018 22:39
Azərbaycan idmançısı ağır atletika üzrə Avropa birinciliyinin qalibi olub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ağır Atletika üzrə Azərbaycan yığma komandasının üzvü Məhəmməd Məmmədli Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a bildirilib ki, atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb.

Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib.

M.Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.

Daha əvvəl Azərbaycanın ağır atletika üzrə millisi Avropa birinciliyində ilk medalını qazanıb.

Son xəbərlər

Orphus sistemi