Yuxarı

Azərbaycan İslamiadada ilk medalı təmin edib

Bu, finala yüksələn qadın həndbol yığması olub

Bakı. 13 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları üz-üzə gəlib. "Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Georgi Voronovun baş məşqçi olduğu komanda ilk yarını 24:13 hesabı ilə öndə tamamlayıb.

Fasilədən sonra da hücumlarını davam etdirən yerli həndbolçular yekunda daha böyük fərqlə qalib olublar - 42:25.

Bu qələbə sayəsində Azərbaycan millisi finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Bu, medalı təmin edən ilk komanda olub. Həlledici qarşılaşmada rəqib bu gün saat 13:30-da başlanacaq Türkiyə - Kamerun matçının qalibi olacaq. 

Final görüşü mayın 14-də saat 18:00-da başlanacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi