​Azərbaycan güləşçisi lisenziya yarışında məğlub olub

​Azərbaycan güləşçisi lisenziya yarışında məğlub olub Orxan Nuriyev 1/8 finalda uduzduğu rəqibinin finala çıxmasını gözləməlidir
Fərdi
22 Aprel , 2016 08:43
​Azərbaycan güləşçisi lisenziya yarışında məğlub olub

Bakı. 22 aprel. REPORT.AZ/ Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I Dünya Təsnifat Turniri start götürüb. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın bir güləşçisi döşək üzərinə çıxıb.

98 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə qoşulub. Onun 1/16 finaldakı rəqibi Qazaxıstan idmançısı Yerulan İskakov olub. O.Nuriyev rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Lakin növbəti görüşündə Nuriyev polşalı Radoslav Qrzibiçkiyə uduzub - 1:3. Məğlubiyyətə baxmayaraq, azərbaycanlı pəhləvanın medal və lisenziya şansı var. Bunun üçün ilk növbədə, R.Qrzibiçki finala çıxmalıdır. Belədə O.Nuriyev 3 təsəlliverici görüşdən, o cümlədən, bürünc medal uğrunda qarşılaşmadan qalib ayrılmalıdır. 

Reqlamentə əsasən, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi "Rio-2016"ya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.

Qeyd edək ki, Azərbaycanın güləş yığmaları bu günədək olimpiadaya 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Son xəbərlər

Orphus sistemi