Yuxarı

Azərbaycan güləşçisi karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəlib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib. 

"Report"un məlumatına görə, 28 yaşlı pəhləvan 79 kq çəki dərəcəsində həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.

Mübarizəyə 1/8 finaldan başlayan Həsənov əvvəlcə puerto rikolu Etan Adrian Ramosu 14:5, ardından belaruslu Əli Şabanovu 6:2, yarımfinalda isə 3:3 hesablı heç-heçəyə rəğmən sonuncu xalları özü qazandığı üçün iranlı İzzətullah Abbas Əkbərizarinkolayini üstələyib. 

Karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn təcrübəli güləşçinin son rəqibi ABŞ təmsilçisi Kayl Duqlas Deyk olacaq. Görüş oktyabrın 22-də keçiriləcək.

Digər güləşçilərə gəldikdə, Georgi Edişeraşvili 1/4 finalda, 3 qat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev, eləcə də olimpiya və dünya çempionu Şərif Şərifov ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. 

Dünya çempionatı

57 kq

1/4 final. Georgi Edişeraşvili - Tomas Gilman (ABŞ) - 0:4

1/8 final. Georgi Edişeraşvili - Sandip Tomar (Hindistan) - *2:2

Təsnifat. Georgi Edişeraşvili - Kumsonq Kanq (KXDR) - 11:6

65 kq

Təsnifat. Hacı Əliyev - Alexandro Valdes Tobyer (Kuba) - 0:2

79 kq

FİNAL. Cəbrayıl Həsənov - Kayl Duqlas Deyk (ABŞ)

1/2 final. Cəbrayıl Həsənov - İzzətullah Abbas Əkbərizarinkolayi (İran) - *3:3

1/4 final. Cəbrayıl Həsənov - Əli Şabanov (Belarus) - 6:2

1/8 final. Cəbrayıl Həsənov - Etan Adrian Ramos (Puerto Riko) - 14:5

92 kq

1/8 final. Şərif Şərifov - Əlirza Məhəmməd Kərimimaçiani (İran) - 0:7

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Abubakr Abakarov (74 kq) 7-ci yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi