Yuxarı

Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirə turnirində çıxış edəcək

Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirə turnirində çıxış edəcək

İyulun 11-dən 14-dək Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, 47-ci dəfə keçiriləcək yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcək.

Reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), Mahal Novruzov (74 kq), Abubakr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq) və Aslanbek Alborov (97 kq) xalça üzərinə çıxacaq.

Qeyd edək ki, ənənəvi yarışda olimpiya kateqoriyalı hakimlərimiz Hicran Şərifov və İntiqam Alıyev ədaləti qoruyacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi