Azərbaycan güləşçiləri dünya kuboku yarışlarında Türkiyə və Belarusa qalib gəliblər

Azərbaycan güləşçiləri dünya kuboku yarışlarında Türkiyə və Belarusa qalib gəliblər Turnirə aprelin 13-də yekun vurulacaq
Fərdi
12 Aprel , 2015 15:44
Azərbaycan güləşçiləri dünya kuboku yarışlarında Türkiyə və Belarusa qalib gəliblər

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışarı başlayıb.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu yarışda Azərbaycan iləyanaşı, Türkiyə, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran və Belarus güləşçiləri iştirak edirlər.

Püşkatmanın nəticəsinəəsasən, Azərbaycan güləşçiləri Türkiyə, İran və Belarus komandaları ilə “B” qrupunda mübarizə aparır. “A” qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayırlar.

Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub ediblər.

Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşacaqlar. Görüş aprelin 13-də Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.

Turnirə aprelin 13-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi