Bakı. 28 dekabr. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.
"Report" Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, imtahanlardan uğurla keçən 6 Azərbaycan hakiminin kateqoriyası dəyişib. Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı Azərbaycan hakimlərinin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur.
Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, III dərəcəyə yüksəliblər.
Qeyd edək ki, digər I-S dərəcəli hakimlər Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir.