Portuqaliyanın paytaxtı Lissabonda akrobatika gimnastikası üzrə Dünya Kuboku sona çatıb.
"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 12 ölkənin iştirakı ilə baş tutan yarışda Azərbaycanı Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü təmsil edib.
Onlar finaldakı çıxışları ilə 29,500 xal toplayaraq gümüş medal qazanıblar.