Azərbaycan gimnastı Bakıdakı Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan gimnastı Bakıdakı Avropa çempionatında finala vəsiqə qazanıb Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında ikinci dəfə finala vəsiqə qazanıb.
Fərdi
18 May , 2019 16:46
Azərbaycan gimnastı Bakıdakı Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında ikinci dəfə finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, milli idmançı yarışın 3-cü günündə gürzlərlə hərəkətdə 20.800 xalla 6-cı olub və finala adlayıb. Azərbaycanın digər təmsilçisi Veronika Hudis isə 18.800 xalla 20-ci olub.

Qeyd edək ki, Ağamirova ikinci yarış günündə haqla ilə hərəkətdə də finala vəsiqə qazanıb. Həlledici çıxışlar mayın 19-da olacaq.

Son xəbərlər

Orphus sistemi