Yuxarı

Azərbaycan gimnastı Avropa çempionatında çıxışını başa vurub - YENİLƏNİB

Azərbaycan gimnastı Avropa çempionatında çıxışını başa vurub

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.

"Report"un məlumatına görə, idmançı finalda gürzlər ilə kompozisiyaya görə 18.450 xal toplayıb.

O, yekunda səkkizinci yeri tutub. Gürzlər ilə hərəkətdə rusiyalı Arina Averina 23.200 xalla qızıl medal qazanıb. Onun həmyerlisi Dina Averina 22.950 xalla gümüş, ukraynalı gimnast Vlada Nikolçenko isə 22.475 xalla bürünc medala sahib olub.

Ağamirova halqa ilə hərəkətlərdə 19.875 xal toplayaraq 6-cı yeri tutub.


***15:32

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında ilk final çıxışını yekunlaşdırıb.

"Report"un məlumatına görə, idmançı halqa ilə hərəkətlərdə 19.875 xal toplayaraq 6-cı yeri tutub.

Rusiyalı Dina Averina 23.300 xalla birinci, Belarus təmsilçisi Katerina Qalkina 21.150 xalla ikinci, israilli Nikol Zelikman 20.950 xalla üçüncü olub.

Qeyd edək ki, Ağamirova gürzlərlə hərəkətdə də finalda iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi