Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb Azərbaycan cüdoçusu Telman Vəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Qran-pridə bürünc medal qazanıb.
Fərdi
13 İyul , 2019 21:56
Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Telman Vəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Qran-pridə bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.

Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt Qran-prisində fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi