Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib - ƏLAVƏ OLUNUB

Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib - ƏLAVƏ OLUNUB Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb
Fərdi
24 Fevral , 2018 16:25
Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib - ƏLAVƏ OLUNUB
Foto: Judo.az

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində 1/4 finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.

R.Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.

***

Artıq qarşılaşma baş tutub. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb. R.Orucov qızıl xalla qalib gəlib.

O, yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi