​Azərbaycan cüdoçusu dünya reytinqində liderliyini qoruyub

​Azərbaycan cüdoçusu dünya reytinqində liderliyini qoruyub İlqar Müşkiyev isə 14-cü pilləyə yüksəlib
Fərdi
10 Fevral , 2016 11:50
​Azərbaycan cüdoçusu dünya reytinqində liderliyini qoruyub

Bakı. 10 fevral. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan cüdoçusu Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsinin ilk pilləsində qərarlaşıb. 

Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 3-cü, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov (100 kq) 12-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 13-cü sıradadır. “Böyük dəbilqə”nin gümüş medalını qazanan İlqar Müşkiyev (60 kq) isə reytinq cədvəlinin 14-cü pilləsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi