Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksələ bilməyib

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksələ bilməyib Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Fərdi
22 Sentyabr , 2018 17:10
Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksələ bilməyib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançının rəqibi yaponiyalı son dünya çempionu Soiçi Haşimoto olub. Görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Lakin əlavə bölümdə Haşimoto ipponla qələbə qazanaraq finala yüksəlib. Heydərov isə bürünc medal uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq. 

Tsend-Oçir 1/8 finalda azərbaycanlı digər cüdoçu Rüstəm Orucovu mübarizədən kənarlaşdırıb.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi