Yuxarı

Azərbaycan cüdoçularının Tbilisidə Gürcüstan yığması ilə birgə təlim-məşq toplanışı başlayıb

Hazırlıq prosesinə güclü idmançılar aparılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb. 

"Report"un qonşu ölkə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.

Ötən gündən start götürən toplanışa baş məşqçi Piter Zayzenbaxer olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov və Nicat Şıxəlizadə kimi güclü cüdoçuları aparıb. Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.

Qeyd edək ki, Piter Zayzenbaxer əvvəllər Gürcüstan yığmasında da baş məşqçi kimi çalışıb.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi