Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub

Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub Zal Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələrin istifadəsinə verilib
Fərdi
3 May , 2017 14:56
Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub
Judo.az

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub.

“Report”un məlumatına görə, tədbirdə federasiya rəsmiləri, rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər və cüdoçular iştirak ediblər.

Mərasimdə yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Həmçinin göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, zalda Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Son xəbərlər

Orphus sistemi