Yuxarı

Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında çıxış edəcək yığma üzvləri ilə görüş keçirilib - VİDEO

Görüşdə kişi və qadınlardan ibarət milli komandaların məşqçiləri və idmançılar iştirak edib

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasında (ACF) Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatına yollanan yığma üzvləri ilə görüş keçirilib.

“Report” ACF-in rəsmi saytına istinadən xəbər verir ki, görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandaların məşqçiləri mötəbər çempionatla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı rəhbərkliyi məlumatlandırıblar. 

Cüdoçular yaradılan şəraitə görə ACF-nin prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən etimadı dünya çempionatında da doğruldacaqlarına inandıqlarını qeyd ediblər. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov milli komandanın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlıq qarşılığında minnətdarlığını bildirib. O, uğurların davamı üçün ACF tərəfindən daim qayğı göstəriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan milli komandası 28 avqust – 3 sentyabrda keçiriləcək dünya çempionatına 17 nəfərlik (9 kişi, 8 qadın) heyətlə yollanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi