Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb

Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan boksçuları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.
Fərdi
18 Oktyabr , 2018 01:59
Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan boksçuları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, son olaraq Nurlan Səfərov 60 kq çəkidə bürünc medal uğrunda görüşə çıxıb.

O, misirli Marvan Mamdu Məhəmmədlə görüşü qələbə ilə başa vurub- 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27).

Beləliklə, Səfərov olimpiadada bürünc medal qazanıb.

Qeyd edək ki, digər boksçu Nicat Həsənov bürünc medal uğrunda görüşdə özbəkistanlı Caxongir Raxmonova uduzub və olimpiadanı 4-cü pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi