Azərbaycan boksçularının dünya çempionatındakı rəqibləri məlum olub

Azərbaycan boksçularının dünya çempionatındakı rəqibləri məlum olub İlk olaraq rinqə Məhəmmədrəsul Məcidov çıxacaq
Fərdi
25 Avqust , 2017 12:01
Azərbaycan boksçularının dünya çempionatındakı rəqibləri məlum olub

Bakı. 25 avqust. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb.

"Report"un məlumatına görə, 75 ölkədən 243 idmançının qatılacağı mundialda Azərbaycan yığması üzvlərinin də ilk rəqibləri məlum olub.

Millinin heyətində 1 boksçu 1/16 finaldan, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

26 avqust

1/16 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Kumar Satiş (Hindistan)

27 avqust

1/8 final. Lorentso Sotomayor (64 kq) – Eslam Muhamed (Misir) / Nurlan Kobaşev (Qırğızıstan)

1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Maks Van der Pas (Hollandiya) / Lester Martines (Qvatemala)

28 avqust

1/8 final. Pərviz Bağırov (69 kq) – Damian Kivior (Polşa) / Tuvşinbat Byamba (Monqolustan)

Qeyd edək ki, ilkin döyüşlər avqustun 25 - 28-də olacaq. Hamburq İdman Sarayında təşkil olunacaq çempionatda avqustun 29-da 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər 31 avqust - 1 sentyabra təsadüf edəcək. Yarışın son günündə – sentyabrın 2-də isə qaliblərin adları bilinəcək.

Son xəbərlər

Orphus sistemi