Azərbaycan bayraqdarı Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb

Azərbaycan bayraqdarı Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb 23 yaşlı idmançı ukraynalı Denis Solonenkonu məğlub edib
Fərdi
8 Avqust , 2016 02:26
Azərbaycan bayraqdarı Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov ilk döyüşünə çıxıb.

"Report"un məlumatına görə, 81 kq. çəki dərəcəsində döyüşən bayraqdarın ilk rəqibi ukraynalı Denis Solonenko olub.

Görüş Məmmədovun qələbəsi ilə yekunlaşıb - 2:1. İlk raunddan üstünlüyü ələ alan 23 yaşlı idmançı rəqibindən yalnız sonuncu raundda zərbə buraxıb. Bununla belə, ümumi nəticə dəyişməyib - 2:1.

1/8 finalda Məmmədovun rəqibi Peter Mullenberq (Hollandiya) olacaq. Qarşılaşma avqustun 12-də saat 03:30-da başlanacaq.

Bu gecə həm də Azərbaycanın 2 boksçusunun 1/8 finaldakı ilk rəqibləri müəyyənləşib. 60 kq. çəkidəki Albert Səlimova irlandiyalı Devid Oliver Coys rəqib olub. Coys 1/16 finalda Seyşel adalarından olan Andrik Allisopu üstələyib - 3:0. Səlimovun döyüşü avqustun 10-da saat 01:45-də başlanacaq.

69 kq. çəkidə yer alan Pərviz Bağırov isə fransalı Suleyman Diop Sissoko ilə üz-üzə gələcək. Sissoko 1/16 finalda macar İmre Balaj Baçkayı üstələyib - 3:0. Bağırovun qarşılaşması avqustun 12-də saat 02:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi