Yuxarı

Azərbaycan atletika üzrə dünya çempionatında 4 idmançı ilə təmsil olunacaq

Azərbaycan atletika üzrə dünya çempionatında 4 idmançı ilə təmsil olunacaq

Sentyabrın 7-də Qətərin paytaxtı Doha start götürəcək atletika üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançılar açıqlanıb.

Azərbaycan Atletika Federasiyasından (AAF) “Report”a verilən məlumata görə, millinin baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında atletlər - Nazim Babayev, Aleksis Kopello (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidan (çəkic atma) çıxış edəcəklər.

11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, 24-26 sentyabrda Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci Seçki hesabat Konqresi keçiriləcək. AAF-nin prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə həmin konqresdə iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi