Yuxarı

Azad Rəhimov Yunanıstanda olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək

Nazir yunanıstanlı həmkarı ilə də görüşəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının Olimpiya Məşəlinin alovlandırılması mərasimində iştirak edəcək. Nazirliyin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, tədbir aprelin 21-də Yunanıstanda keçiriləcək. 

Olimpiadanın açılış günü stadionda yandırılan alov, ənənəyə əsasən, Yunanıstandakı Olimpiya məbədindən götürülür. Bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos A.Rəhimovu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının Olimpiya Məşəlinin alovlandırılması mərasimində iştirak üçün dəvət edib.

Nazir eyni zamanda, aprelin 20-də Azərbaycanın Yunanıstandakı Səfirliyi tərəfindən təşkil ediləcək ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın yunan dilində təqdimat mərasiminə də qatılacaq.

Səfər çərçivəsində, həmçinin Yunanıstan mədəniyyət və idman naziri Aristides Baltes ilə də görüş planlaşdırılır. Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və iki qurum arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, səfər aprelin 20-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi