Yuxarı

Azad Rəhimov bolqarıstanlı həmkarı ilə görüşüb

Azad Rəhimov bolqarıstanlı həmkarı ilə görüşüb

Gənclər və İdman naziri Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman naziri Krasen Kralev ilə görüşüb.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, görüşdə nazir bolqarıstanlı həmkarına Azərbaycanda idmanın inkişafı üçün yaradılan əlverişli şərait, genişmiqyaslı idman infrastrukturu barədə ətraflı məlumat verib.

Rəhimov hazırda Azərbaycanda 45 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini, bunun bölgələrdə də idmanın sürətli inkişafına töhfə verdiyini qeyd edib. O, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın son illər mötəbər beynəlxalq yarışlara ən yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Azərbaycanda idmanın inkişafı üçün əlverişli şəraitin yaradılmasından məmnunluğunu bildirən Bolqarıstanın gənclər və idman naziri Krasen Kralev bədii gimnastika üzrə 37-ci dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, ölkəsinin gənclər və idman sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı ölkələr arasında müvafiq sahələrdə əməkdaşlığın inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi