Bakı. 19 noyabr. REPORT.AZ/ Gənclər və idman naziri
Gənclər və İdman Nazirliyindən “Report”a verilən məlumata görə, nazir Polşanın idman və turizm naziri Vitold Banka, eləcə də Bolqarıstanın idman naziri Krasen Kralevi ilə bir araya gəlib.
A.Rəhimov eyni zamanda Afrika İttifaqı Sosial münasibətlər komissarı Amira El Fadillə də görüşüb.
Nazir Azərbaycanda aparılan idman siyasəti, bu sahədə görülən işlər, keçirilən və keçirilməsi nəzərdə tutulan mötəbər idman tədbirlər, idman yarışlarının yeni kadr potensialının yetişməsindəki önəmi, müxtəlif ölkələrlə təcrübə mübadilələrinin aparılması, ölkədə fəaliyyət göstərən idman qurğuları və digər mühüm məqamlar haqda danışıb.
Tərəflər Azərbaycanda uğurlu idman menecmenti, idman qurğularının peşəkar səviyyədə işlədilməsi, dopinqlə mübarizə sahəsində əldə olunan müsbət nəticələr, qaçqın və məcburi köçkün gənclərin idmana daha yaxından cəlb edilməsində Azərbaycanın qazandığı uğurlardan danışıb, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Qeyd edək ki, A.Rəhimov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsla da görüşüb.