​Avropa Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb

​Avropa Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb Ən yaxşı göstərici Lüis Hamiltona məxsusdur
Fərdi
17 İyun , 2016 14:39
​Avropa Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb

Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda keçirilən Avropa Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb. 

"Report"un məlumatına görə, ən yaxşı göstərici "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur. 

31 yaşlı pilot 1:46.435 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:46.812 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:47.096 dəqiqə ilə "Williams Martini Racing"in pilotu Valtteri Bottas qərarlaşıb. 

"McLaren Honda"nın pilotu Fernando Alonso 4-cü (1:47.989), "Scuderia Ferrari"nin pilotu Sebastyan Fettel isə 1:48.627 dəqiqəlik göstərici ilə 5-cidir. 

Qeyd edək ki, növbəti sərbəst yürüşə saat 17:00-da start veriləcək.

Son xəbərlər

Orphus sistemi