Yuxarı

Avropa Paralimpiya Komitəsinə yeni prezident seçilib

Danimarkalı Yon Peterssonu xorvatiyalı Ratko Kovaçiç əvəzləyib

Bakı. 20 iyun. REPORT.AZ/ Avropa Paralimpiya Komitəsinin (EPC) yeni prezidenti müəyyənləşib.

“Report”un məlumatına görə, təşkilatın Polşanın Katovitse şəhərində keçirilən Baş Assambleyasında Xorvatiya Paralimpiya Komitəsinin rəhbəri Ratko Kovaçiç EPC prezidenti seçilib.

R.Kovaçiç bu postda danimarkalı Yon Peterssonu əvəzləyib.

Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçkilər sentyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi