Avropa azərbaycanlıları Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq boks yarışı keçirib - FOTO

Avropa azərbaycanlıları Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq boks yarışı keçirib - FOTO Bakı. 4 iyun. REPORT.AZ/ Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq peşəkar boks yarışı keçirilib.
Fərdi
4 İyun , 2018 16:32
Avropa azərbaycanlıları Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq boks yarışı keçirib - FOTO
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq peşəkar boks yarışı keçirilib. 

Avropa Azərbaycanlıları Konqresindən (AAK) "Report"a verilən məlumata görə, Magdeburg (Almaniya) “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin və “Heydər Əliyev adına Dünya Boks Komitəsi”nin,  AAK və “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışa dünyanın müxtəlif ölkələrindən 15-dən çox idmançı qatılıb.

Yarış Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycandan və xarici ölkələrdən tanınmış idman ulduzları, ekspertlər və rəsmilər iştirak ediblər. 

Almaniya “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri, AAK-ın vitse prezidenti Yaşar Niftəliyev Cənubi Afrika, Misir, Almanya, Türkiyə, Ukrayna, Gürcüstan, Macarıstan, Azərbaycan və bir sıra ölkələrdən gələn idmançıların təqdimatını verib. İdmançılar "IBO-WBC" dünya, "WBCA" Asiya kontinental kəmərləri uğrunda mübarizə aparıblar. Sonda qaliblərin təqdimatı olub. Beynəlxalq yarış dünyanın bir sıra televiziyası ilə canlı translyasiya olunub.

Son xəbərlər

Orphus sistemi