Arif Rəhimov: "Dotasiyalar olmasa, "Formula-1"dən zərər edərik"

Arif Rəhimov: "Dotasiyalar olmasa, "Formula-1"dən zərər edərik" "Dövlət olaraq, qazanclıyıq"
Fərdi
13 Fevral , 2018 13:40
Arif Rəhimov: Dotasiyalar olmasa, Formula-1dən zərər edərik
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov / Report/ Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ "Dövlətin dotasiyaları olmasa, "Formula-1"in təşkilində maddi baxımdan zərər etmiş olarıq".

“Report”un məlumatına görə, bunu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.

A.Rəhimov bildirib ki, bu cür treklər çox bahalıdır: "Gəlirin olmasını təmin etmək çox çətindir. Lakin bu yarışa sırf maddi qazanc prizmasından baxmamalıyıq. Digər məsələləri - insan resursları, brendin tanıtımı, mediadakı təbliğat və s. nəzərə alsaq, dövlət olaraq "Formula-1"in təşkilindən qazanclıyıq".

Son xəbərlər

Orphus sistemi