Yuxarı

Azərbaycan akrobatları Avropa çempionatında 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb

Akrobatlarımızdan 5 medal

İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə Avropa çempionatına yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu yarış günündə Azərbaycan təmsilçiləri ölkə gimnastikası tarixində ilk dəfə gənclər yaş qrupunda qitə çempionu olublar. Kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28.600 xalla birinci yeri tutublar. Bununla da gimnastlar tam medal dəstini əldə ediblər. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.

Daha bir medalı böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. Gimnast duet temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görülüb. "Minsk 2019" II Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günü balans hərəkətlərinə görə bürünc medal qazanıb, çoxnövçülükdə isə 5-ci olublar.

Böyüklərin yarışında kişi cütlüyü tərkibində mübarizə aparan Seymur Cəfərov və Murad Əkpərov isə medalın bir addımlığında dayanıb. Balans hərəkətlərinin finalında 28.550 xal alan gimnastlar 4-cü yerdə qərarlaşıb. Çöxnövçülükdə onlar 5-ci, temp hərəkətlərinin finalında isə 6-cı olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi