​Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək

​Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək Yarışda 56 akrobat iştirak edəcək
Fərdi
18 May , 2016 13:26
​Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Mayın 20-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Akrobatika Gimnastikası üzrə Azərbaycan və Bakı Birinciliyi start götürəcək. "Report"un Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən verdiyi məlumata görə, 2 gün davam edəcək yarışa 56 akrobat qatılacaq.

Çempionatda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" Idman Klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq.

Qadın cütlükləri (uşaqlar - 2000-2007), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər; yeniyetmələr – 1998-2006), qarışıq cütlüklər (gənclər – 1997-2005; balacalar- 2002-2010), qadın qrupları (yeniyetmələr - 1998-2006; uşaqlar - 2000-2007; balacalar - 2002-2010) və kişi qrupları (balacalar - 2002-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Turnir zamanı Dünya Yaş Qrupları Yarışlarının gümüş medalçıları Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük, Seymur Cəfərovla Murad Əkbərovdan ibarət kişi cütlüyü heyranedici çıxışları ilə yarışlar ərzində tamaşaçıları həyəcanda saxlayacaqlar.

Yarışların sonunda yeni başlayan gənc akrobatlar öz nümunəvi çıxışlarını nümayiş etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi