Yuxarı

25 məşhur boksçu Bakıdakı 55-ci WBC Konvensiyasında iştirak edəcəklərini təsdiqləyib - SİYAHI

Onların arasında Evander Holifild, Amir Xan və Vitali Kliçko da var

Bakı. 19 sentyabr. REPORT.AZ/ Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirakını təsdiqləyən məşhurların siyahısı açıqlanıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, artıq boks dünyasının 25 tanınmış simasının dəvəti qəbul edərək, “Fairmont” hotelindəki tədbirə qatılacağı dəqiqləşib. 

Bunlar Gennadi Qolovkin, Mayris Briedis, Srisaket Sor Runqvisay, Kristina Hammer, İkram Kervat, Fatuma Zarika, Con Fernandes, Nasim Hamed, Amir Xan, Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Xavyer Kastilyexos, Vitali Kliçko, Viktor Postol, Karlos Zarate, Quadalupe Pintor, Erik Morales, Maykl Spinks, Azuma Nelson, Nino Benvenuti, Pol Malinyaci, Co Calzage, Nikki Adler, və Ketrin Firidir.

Qeyd edək ki, dünya boks ailəsi üçün tarixi hadisənin bir hissəsi olacaq Konvensiya 1 - 6 oktyabrda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi