23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib Yarış "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir
Fərdi
29 İyun , 2017 17:06
23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib
Judo.az

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

“Report”un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə birinciliyində 46 klubdan 333 idmançı (288 oğlan, 45 qız) qüvvəsini sınayır.

İki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxacaq. Bu gün qızlarda 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində, oğlanlarda isə 60 kq, 66 kq çəki dərəcələrində iştirakçılar medallar uğrunda mübarizə aparırlar.

Son xəbərlər

Orphus sistemi