Yuxarı

2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalı Bakıda keçiriləcək

Müqavilə yanvarın 26-da İsveçrədə imzalanacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ 2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Bakıda keçiriləcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan paytaxtında səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) müvəqqəti prezidenti Yanes Kosyançiç açıqlama verib. 

O bildirib ki, EYOF-un 50 ölkədən təxminən 4 000 iştirakçısı olacaq. Lakin Y.Kosyançiç hələ rəsmi müqavilənin imzalanmadığını əlavə edib. 

EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə müqavilənin yanvarın 26-da İsveçrədə keçiriləcək toplantı zamanı imzalanacağını açıqlayıb. 

Qeyd edək ki, EYOF 16 - 18 yaşlı idmançılar arasında təşkil olunur. Bu il Macarıstanda keçiriləcək tədbir festivalın 25 illlik yubileyinə təsadüf edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi