Azərbaycan boksçuları Dünya Kubokunda mübarizə aparacaqlar
İdman
- 18 aprel, 2026
- 15:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 20-də Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçular arasında Dünya Kuboku start götürəcək.
"Report"un məlumatına görə, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya Kubokunda Sübhan Mamedov (50 kq), Zidan Hümbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə yarışda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.
Qeyd edək ki, Dünya Kubokunun püşkü aprelin 19-da atılacaq.
Son xəbərlər
11:28
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Digər ölkələr
11:08
Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
Xarici siyasət
11:06
Foto
Güləş üzrə milli komandaların fizioterapevtləri ilə görüş keçirilib
Fərdi
11:03
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Xarici siyasət
10:55
Əfqanıstanda qızıl mədənində uçqun olub, ölənlər və yaralananlar var
Digər ölkələr
10:45
WSJ: İranın 2 500-dək raketi var və ABŞ-nin müttəfiqlərinə zərbə endirmək imkanını saxlayır
Digər ölkələr
10:29
Erlinq Holann UEFA Millətlər Liqasında öz rekordunu yeniləyib
Futbol
10:20
Sirill Qan UFC-nin ağır çəkidə çempionluq titulunu qoruyub saxlayıb
Fərdi
09:54
Azərbaycan XİN Fələstini təbrik edib
Xarici siyasət