Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar
İdman
- 18 aprel, 2026
- 16:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə "Bahar Kuboku" beynəlxalq reqatası başa çatıb.
"Report" xəbər verir ki, Azərbaycan komandası yarışda uğurlu çıxışla yadda qalıb.
Bir nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. O, həm 1000, həm də 500 metr məsafəyə yürüşdə ikinci yeri tutub.
Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli yiyələnib. O, bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyasının idmançıları "Bahar Kuboku"nu 2 gümüş, 1 bürünc medalla başa vurublar.
Son xəbərlər
10:22
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Daxili siyasət
10:16
Luka Modriç yığmada oyun sayına görə Lionel Messiyə çatıb
Futbol
10:09
DSMF: Oktyabrda yaşa görə aylıq sosial müavinət alanların sayı 180 mini ötüb
Maliyyə
10:02
UKMTO: Yəməndə silahlı şəxslərin tankerə yaxınlaşması ilə bağlı araşdırma aparılır
Digər ölkələr
10:02
Azərbaycanda 9 ayda nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlanıb
İnfrastruktur
09:56
AMB 9 ayda Təminat Fonduna 586 milyon manat vəsait köçürüb
Maliyyə
09:56
Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb - Faktiki hava
Ekologiya
09:49
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etməyəcək
Region
09:48
Foto
Bakıda güclü külək 32 ağacı sındırıb
Hadisə